Sionist rejimin Fələstinin müxtəlif bölgələrinə hücumları davam edir
Sen 08, 2015 09:31 Asia/Baku
-
Sionist rejimin Fələstinin müxtəlif bölgələrinə hücumları davam edir
Sionist rejim hərbçiləri öz cinayətlərinin davamında Qəzzə zolağının cənubuna basqın ediblər.
Səhər Beynəlxalq Televiziyasının MƏA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri çərşənbə axşamı günü 4 ədəd buldozerlə Xan Yunusun şərqində Xəzaə kəndinə hücum edib və bu ərazidəki tikililəri dağıdıblar.Digər tərəfdən sionist rejimin xüsusi qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək 9 fələstinlini həbs edib və naməlum məkana aparıblar.
Sionist qəsəbə sakinləri də bazar ertəsi gecə sionist rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilində Selfitin şimal-qərbinə hücum edib və fələstinlilərin evlərinə doğru daş ataraq ərazi sakinləri, xüsusilə də uşaqları qorxudublar.
Teqlər