Suriyanın müxtəlif bölgələrində terrorçular məğlub olublar
Sen 11, 2015 20:19 Asia/Baku
-
Suriyanın müxtəlif bölgələrində terrorçular məğlub olublar
Suriya ordusu bu ölkənin müxtəlif bölgələrində əməliyyatları davam etdirərək İŞİD terror qruplaşmasını öz mövqelərindən geri çəkilməyə məcbur edib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusu ölkənin şərqində yerləşən Deyruz-Zur hərbi bazasının ətrafındakı bəzi bölgələri İŞİD terror qruplaşması ilə ağır toqquşmalardan sonra azad edib.Suriya ordusu qüvvələri həmçinin ölkənin qərbində Laziqiyyə vilayətində İŞİD terror qruplaşmasının 16 xarici üzvünü öldürüb.
Suriya ordusu son həftələrdə Laziqiyyə liman şəhərinə yaxın bölgələrdə çox irəliləyib.
Suriya ordusunun Hərbi Hava Qüvvələri də Laziqiyyənin şimalında terrorçuların mövqelərini bombardman edərək onlarla terrorçunu məhv ediblər.
Suriya ordusu qüvvələri həmçinin ölkənin cənubunda Dəra vilayətində terrorçu başçıların toplandığı məkanı hədəfə alıblar. Nəticədə 7 terrorçu öldürülüb və bir qrup da yaralanıb.