Sionist rejim ordusunun hücumlarında onlarla fələstinli yaralanıb
Sen 11, 2015 15:55 Asia/Baku
-
Sionist rejim ordusunun hücumlarında onlarla fələstinli yaralanıb
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində fələstinli etirazçılara hücumunda onlarla fələstinli zəhərləniblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, cümə günü onlarla Fələstin vətəndaşı və xarici fəal sionist divarın çəkilməsi və sionist qəsəbələrin salınmasına etiraz əlaməti olaraq həftəlik aksiyada iştirak edib.Sionist rejim hərbçiləri etirazçılara doğru atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə onlarla nəfər yaralanıb.
Digər tərəfdən sionist rejim ordusu Qəzzə zolağından keçmək və bu bölgə yaxınlığında sionist şəhərciklərə daxil olmaq bəhanəsi ilə 14 fələstinlini həbs edib.
Teqlər