Qüdsdə onlarla fələstinli yaralanıb
Sen 12, 2015 12:34 Asia/Baku
-
Qüdsdə onlarla fələstinli yaralanıb
Sionist rejim hərbçilərinin Qüdsün şərqində yerləşən Səlvan məhəlləsinə hücumları zamanı gözyaşardıcı qazlardan istifadə etmələri bir qrup fələstinlinin zəhərlənməsinə səbəb olub.
Fələstinin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Qüdsün səhiyyə rəsmilərindən olan Basim Zeydani deyib: Sionist rejim hərbçilərinin Silvan məhəlləsində yaşayan fələstinlilərə qarşı hücumda gözyaşardıcı qazlardan istifadə etmələri, fələstinlilər arsında zəhərlənmə və boğulma hallarına yol açıb.Bu məlumata görə, fələstinlilər və sionist rejim hərbçiləri arasında çıxan toqquşma bir sionist qəsəbə sakini tərəfindən fələstinli bir uşağın hücuma məruz qalmasının ardınca baş verib.
Həmçinin, sionist rejim hərbçiləri Ramallahın yaxınlığında Nəbi Saleh məntəqəsində fələstinli aksiya iştirakçılarına hücum ediblər.
Teqlər