Sionistlərin əl-Əqsa məscidinə təcavüzləri davam edir
Sen 16, 2015 10:20 Asia/Baku
-
Sionistlərin əl-Əqsa məscidinə təcavüzləri davam edir
Sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinə qarşı hörmətsizlikləri artıq 4 gündür ki, ardıcıl olaraq davam edir.
Əl-Əqsa telekanalının verdiyi məlumata görə, onlarla sionist qəsəbə sakini əl-Əqsa məscidinə qarşı hörmətsizliyin davamında bu gün səhər bu məscidə yürüş edib.Əl-Əqsa Məscidində namazı qılan və etikaf halında olan müsəlmanlar "Allahu Əkbər" şüarı verərək, sionistlərin qarşısında dayanıblar. Amma, işğalçı rejimin hərbçiləri onlara hücum edərək, 30-dan çox fələstinlini yaralayıb, 4 nəfəri isə həbs ediblər.
İşğalçı İsrail hərbçiləri ötən 3 gün ərzində də əl-Əqsa məscidinə yürüş edərək, əl-Əqsa məscidinin müdafiəçiləri sayılan fələstinlilərə doğru gözyaşardıcı qazdan və döyüş güllələrindən istifadə edərək, atəş açıb, onlarla nəfəri yaralayıblar.
Məktəbli uşaqlar və yeniyetmələr də Qüdsün qədim hissəsində İsrail hərbçilərinin kobudluqlarından amanda deyillər və sionist rejim hərbçiləri bir qrup məktəbli qızı əl-Əqsa məscidinin giriş qapılarından birinin yaxınlığında döyüblər.
Teqlər