Ali-Səud rejimi Şeyx Nəmərdən intiqam alır
Sen 17, 2015 19:07 Asia/Baku
-
Ali-Səud rejimi Şeyx Nəmərdən intiqam alır
Ali-Səud başçıları tanınmış ərəbistanlı ruhani Şeyx Nəmər Baqir əl-Nəmərin qardaşı oğlu barəsində edam hökmü çıxardaraq, Şeyx Nəmərdən intiqam almaq istəyirlər.
Livanda çıxan əl-Əxbar qəzetinin yazdığına görə, Ərəbistanın Ali Məhkəməsi müxaliflərin repressiya edilməsi və tanınmış ruhani Şeyx Nəmər Baqir əl-Nəmərdən intiqam almaq məqsədilə onun qardaşı oğlu, 20 yaşlı Əli Nəmər barəsində "fitnə" törətməyə cəhd ittihamı ilə edam hökmü çıxardıb.Şeyx Nəmər Baqir əl-Nəmərin özü də edama məhkum edilib.
Əli Nəmər hətta, atası və vəkilinin belə iştirak etməsinə icazə verilməyən qapalı məhkəmədə mühakimə edilib və elə birinci məhkəmə iclasında barəsində edam hökmü çıxardılıb. Məhkəmə qərarı, məhkəmə iclasından bir gün sonra rəsmi qəzetlərdə dərc olunub.
Əli Nəmər həbs edildiyi zaman 17 yaşında olub. O, terrorçu qruplara qoşulmaq, insanları hökumət əleyhinə aksiyalarda iştiraka təhrik etmək və fitnə törətməkdə ittiham edilir.
Ali-Səud rejiminin Apelyasiya Məhkəməsi iddia edir ki, Əli Nəmər 14 terror halı ilə bağlı ittihamları qəbul edib.
Ərəbistanlı müxaliflər daim hakim Ali-Səud rejimi tərəfindən oxşar ittihamlarla üzləşirlər.