BMT-nin qərarı İsraili qəzəbləndirdi
Sen 23, 2015 14:22 Asia/Baku
-
BMT-nin qərarı İsraili qəzəbləndirdi
İsrail rejimi Fələstin bayrağının Nyu-Yorkda, BMT-nin baş qərargahı üzərində dalğalandırılması üzrə qərarı bu rejimə qarşı yönəlmiş addım adlandırıb.
İsrailin 2-ci telekanalı çərşənbə günü dünya ictimaiyyətinin fələstinliləri himayə etməsini narahatlıq doğuran məsələ adlandırıb və etiraf edib ki, fələstinliləri himayə üzrə aparılan siyasi və təbliğat fəaliyyətləri BMT-də böyük uğurlar əldə edib.İsrail televiziyası sionistlərin təcavüzkarlığa əsaslanan birtərəfli siyasətlərinə işarə etmədən, əlavə edib: BMT-nin bu qərarı siyasi baxımdan birtərəfli addımlara səbəb olacaq.
Likud partiyasından olan nazir Yerif Ləfin də BMT-nin baş qərargahı üzərində Fələstin bayrağının dalğalandırılması məsələsi haqda deyib: Bu İsrailin məğlubiyyəti deyildi. Əksinə, bu, belə bir qərarı qəbul edən dünya ictimaiyyəti üçün bir məğlubiyyət sayılır.
BMT-nin Nyu-Yorkdakı baş qərargahı üzərində Fələstin bayrağının dalğalandırılması üzrə qətnamənin qəbul edilməsinin ardınca, Fələstin bayrağı sentyabrın 30-da xüsusi bir mərasimni ardınca BMT-nin baş qərargahı üzərində dalğalandırılacaq.
Teqlər