Sen 24, 2015 10:28 Asia/Baku
  • Suriya xalqı Bəşşar Əsədin taleyini təyin etməlidir
    Suriya xalqı Bəşşar Əsədin taleyini təyin etməlidir

BMT sözçüsü deyib: Suriyanın prezidentinin gələcəyi və Bəşşar Əsədin iqtidarda qalıb-qalmaması barəsində qərar verən tərəf Suriya vətəndaşlarıdır.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, BMT sözçüsü Stefan De Jarrik jurnalistlərə verdiyi açıqlamada ABŞ müdafiə naziri və dövlət katibinin Suriya böhranı barəsindəki açıqlamalarına toxunaraq əlavə edib: Yüksək səviyyəli rəsmilərin Suriya böhranı barədə danışıqlar aparmasını görmək razılığa səbəb olur.
BMT sözçüsü Suriya böhranının diplomatik həlli prosesi və qərblilərin Bəşşar Əsədin getməsinə israrı barəsində deyib: Suriya prezidenti Bəşşar Əsədin gələcəyini təyin edən tərəf Suriya xalqıdır.

Teqlər