Sen 24, 2015 13:29 Asia/Baku
  • Ərdoğan Türkiyə-Rusiya əlaqələrini qorumağa çalışır
    Ərdoğan Türkiyə-Rusiya əlaqələrini qorumağa çalışır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Moskva əlaqələrini qorumağa çalışır.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Cümhuriyyət qəzeti Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin ötən gün Moskvadakı görüşündə bu məsələnin müzakirə olunduğunu bildirib.
Cümhuriyyət qəzetinin yazdığına görə, son həftələrdə PUtin Suriya prezidenti Bəşşar Əsədi dəstəklədiyini bildirib. Bu isə Türkiyə hökumətinin qəzəblənməsinə səbəb olub.
Türkiyə və Rusiya əlaqələri iki tərəfin Suriya məsələsində ciddi fikir ayrılığı olduğuna görə, son illərdə o qədər də səmimi deyildir.
İki ölkənin iqtisadi əlaqələri də bu məsələnin təsiri altında azalmışdır və Rusiya Türkiyə yolu ilə neft və qaz layihələrində iştirak etməkdən vaz keçib.

Teqlər