Fələstinlilərin həftəlik aksiyası İsrail rejimi tərəfindən yatırılıb
Sen 26, 2015 07:53 Asia/Baku
-
Fələstinlilərin həftəlik aksiyası İsrail rejimi tərəfindən yatırılıb
Sionist rejim hərbçiləri İordan çayının müxtəlif bölgələrində fələstinlilərin həftəlik aksiyasını yatırıblar.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri Ramullahda Bəleyn kəndi və Nablosda Kəfər Quddum kəndində cümə namazı qılındıqdan sonra keçirilən fələstinlilərin həftəlik aksiyasına hücum edərək gözyaşardıcı qazlar və müxtəlif hərbi vasitələrdən istifadə edib. Nəticədə bir neçə fələstinli zəhərlənb və yaralanıb.Digər tərəfdən sionist rejim hərbçiləri cümə gecə bir daha atəşkəsi pozub və Qəzzə zolağının Şücaiyyə məhəlləsində fələstinlilərin mənzillərinə doğru atəş açıblar. Bu hadisədə yaralanan olmayıb.
Fələstin İslami Müqavimət Hərəkatı Həmasla sionist rejim arasında atəşkəs müqaviləsinin olmasına baxmayaraq, sionist rejim ordusu həmişə Qəzzə zolağının müxtəlif bölgələrində atəşkəsi pozur.
Teqlər