Suriya: İŞİD rus qırıcıların atəşi altında
Sen 30, 2015 17:53 Asia/Baku
-
Suriya: İŞİD rus qırıcıların atəşi altında
Rus qırıcılar Suriyada İŞİD-in təchizat, silah və sursatlarını hədəfə alıblar.
Əlcəzirə telekanalının məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriyada İŞİD-ə qarşı əməliyyat başlanıb.Rusiya prezidenti Vladimir Putin deyib: Biz Suriya prezidenti Bəşşar Əsədi yalnız hava yolu ilə dəstəkləyəcəyik.
Suriyada bir təhlükəsizlik mənbəyi deyib: Rus təyyarələr çərşənbə günü Suriya ordusu ilə həmkarlıq edərək, Suriyanın üç vilayətində terrorçuların bir sıra mövqeyinə qarşı ilk bombardmanları həyata keçiriblər.
Bu mənbə deyib: Rusiya və Suriya təyyarələri bu gün Suriyanın şimal-qərbi və mərkəzində yerləşən Həmah, Hums və Laziqiyyədə terrorçuların mövqelərinə qarşı bir neçə hücum həyata keçiriblər.
Belə bir halda, Frans-Press xəbər verib ki, adının gizli qalmasını istəmiş bir amerikalı rəsmi çərşənbə günü iddia edib ki, Moskva bombardmanların başlanmasından bir saat öncə Vaşinqtonu öz məqsədlərindən agah edibdir.
Bir amerikalı rəsmi də bildiribdir ki, ABŞ dövlət katibi Con Kerri rus həmkarı Sergey Lavrov ilə söhbətdə Rusiyanın Suriyadakı hücumlarını tənqid edib.
Rusiya parlamenti habelə ölkə xaricinə hərbi qüvvənin göndərilməsi ilə razılaşıbdır.
Teqlər