Dəməşq və Tehran Rusiyanın İŞİD mövqelərinə hücumunu müsbət qarşılayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198077-dəməşq_və_tehran_rusiyanın_İŞİd_mövqelərinə_hücumunu_müsbət_qarşılayıb
Suriya prezidentinin müşaviri Rusiyanın Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi addımını müsbət qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2015 08:18 Asia/Baku
  • Dəməşq və Tehran Rusiyanın İŞİD mövqelərinə hücumunu müsbət qarşılayıb
    Dəməşq və Tehran Rusiyanın İŞİD mövqelərinə hücumunu müsbət qarşılayıb

Suriya prezidentinin müşaviri Rusiyanın Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi addımını müsbət qarşılayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya prezidentinin siyasi və media məsələləri üzrə müşaviri Bəsinə Şaban BBC telekanalına müsahibədə deyib: Rusiyanın hərbi addımı terrorizmlə mübarizə üzrə Suriyaya kömək məqsədilə atılır və rəsmi Dəməşq bu addımı müsbət qarşılayır.
Suriyanın qərbində Həma və mərkəzində Homs bölgələrində İŞİD terrorçularının olmadığı halda Rusiyanın bu bölgələri hədəfə almasına dair ABŞ-ın iddiasına reaksiya verən Bəsinə Şaban bildirib: Təkcə İŞİD deyil, onlarla terror qruplaşması Suriyanı məhv etmək üçün dünyanın müxtəlif yerlərindən minlərlə terrorçunu bu ölkəyə ezam etməkdədirlər. Buna görə, terrorizmlə mübarizə üzrə Suriyaya kömək istiqamətində Rusiyanın hərbi addımı qanunidir.
Suriya prezidentinin müşaviri Suriyanın strukturlarını məhv edən, bu ölkə vətəndaşlarını qırğın edən və Avropaya da sürüklənə biləcək terrorizmə toxunaraq avropalılara tövsiyə edib ki, terrorizmi məhv etmək üçün Suriya ordusu və xalqının köməyinə tələssinlər.
SUriya prezidentinin müşaviri həmçinin qərb, xüsusilə də Amerikanı Suriya prosesləri və terrorizm qarşısında öz siyasətlərinə yenidən baxmağa çağırıb.
İran xarici işlər naziri də SUriyada İŞİD əleyhinə müharibədə Rusiyanın səylərini müsbət qarşılayıb.
Məhəmməd Cavad Zərif çərşənbə günü Rusiyanın İŞİD terror qruplaşmasına qarşı hərəkətləri üzrə İranın dəyərləndirməsi ilə əlaqədar suala cavabda bildirib: İran İŞİD-ə qarşı istənilən fəaliyyəti müsbət qarşılayır.
Zərif əlavə edib: Önəmli olan budur ki, bütün ölkələr Suriyada siyasi həll yolu barəsində qərarın verilməsi üçün hərəkətə keçsinlər və İŞİD-in işinə son qoysunlar.
Rusiya qırıcı təyyarələri çərşənbə günü ilk dəfə olaraq Suriyanın müxtəlif bölgələrində terrorçuların mövqelərini hədəfə alıb.
Rusiya Prezident Aparatı rəhbərinin bildirdiyinə görə, Suriya prezidenti Bəşşar Əsəd rəsmi şəkildə Moskvadan Dəməşqə hərbi yardım etməsini istəyib.