İŞİD-in Suriyadakı mövqeləri Rusiya tərəfindən bombalanıb
Okt 05, 2015 14:21 Asia/Baku
-
İŞİD-in Suriyadakı mövqeləri Rusiya tərəfindən bombalanıb
Rusiya ordusu terrorçu İŞİD qrupunun Suriyadakı mövqelərini bombalayıb.
Frans-Press-in məlumatına görə, Rusiya ordusu bildirib ki, ötən sutka ərzində Suriyada İŞİD terrorçularının bazasını bombalayıbdır.Rusiya ordusu öz bəyanatında əlavə edib ki, rus təyyarələr daha çox bobmbardmanlar üçün terrorçuların Suriyadakı kamuflyaj və gizli mərkəzlərini aşkarlamaq üzrə kəşfiyyat əməliyyatlarını artıracaqlar.
Rusiya bombardmanların başlanmasından keçən altı gündə öz hücumlarının prioritetini bütün terror qruplarının Riqqə, Hələb, İdlib və Həsəkədəki mövqe və hədəflərini, xüsusən qüvvələrin təlim bazaları, rabitə və kommunikasiya mərkəzləri, silah və sursat anbarları və gizli komandanlıq bölmələri üzərində təmərküzləşdiribdir.
Rusiya ötən çərşənbə axşamı günü Suriya dövlətinin xahişi və Rusiya Dumasından icazə alaraq, terrorçuların Suriyadakı mərkəz və mövqelərini bombalamağa başladı.
Teqlər