Türkiyə ordusu 23 PKK yaraqlısını vurdu
Okt 07, 2015 12:31 Asia/Baku
-
Türkiyə ordusu 23 PKK yaraqlısını vurdu
Türkiyə ordusu Mardin vilayətinə bağlı Nəsibin şəhərində PKK yaraqlılarına qarşı əməliyyatları zamanı 23 yaraqlını məhv edib. Bu barədə yerli qaynaqlar bildirir.
Yeni Şəfəq qəzetinin internet portalının verdiyi məlumata görə, bu 23 nəfər ordu qüvvələrinin son 5 gündə Nəsibin şəhərində komendant saatının elan olunduğu müddət ərzində həyata keçirdiyi əməliyyatlar zamanı öldürülüb.Mardin valiliyi bir bəyanat yayaraq, bu əməliyyat zamanı 3 PKK ünsürünün də canlı olaraq ələ keçirildiyini bildirib.
Türkiyə dövlət qüvvələri həmçinin, 2800 kg partlayıcı maddə aşkar edərək, zərərsizləşdiriblər.
Mardin valiliyinin yaydığı bəyanata əsasən, Nəsibində dövlət qüvvələri ilə PKK yaraqlıları arasında gedən döyüşlər zamanı 2 sivil vətəndaş da həyatını itirib, 6 nəfər isə yaralanıb.
İyul ayında Suruç şəhərində baş vermiş qanlı partlayışın ardınca Türkiyənin şərq və cənub şərq məntəqələrində vəziyyət xeyli gərginləşib və Türkiyə dövləti ilə PKK arasındakı 3 atəşkəs pozulub.