CHP Türkiyə və Rusiya arasında gərginliyin şiddətlənməsi haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198275-chp_türkiyə_və_rusiya_arasında_gərginliyin_şiddətlənməsi_haqda_xəbərdarlıq_etdi
Türkiyənin Cümhuriyyət Xalq Partiyası CHP lideri Suriya böhranı üzərində Moskva və Ankara arasında gərginliyin şiddətlənməsinin mənfi nəticələri barədə Türkiyə prezidenti və baş nazirinə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 14:09 Asia/Baku
  • CHP Türkiyə və Rusiya arasında gərginliyin şiddətlənməsi haqda xəbərdarlıq etdi
    CHP Türkiyə və Rusiya arasında gərginliyin şiddətlənməsi haqda xəbərdarlıq etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyası CHP lideri Suriya böhranı üzərində Moskva və Ankara arasında gərginliyin şiddətlənməsinin mənfi nəticələri barədə Türkiyə prezidenti və baş nazirinə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Kamal Qılıçdaroğlu Yeni Çağ qəzetinə verdiyi müsahibədə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun xarici siyasətini tənqid atəşinə tutaraq deyib: Onlar tamamilə Türkiyəni odun içinə sürükləyirlər.
CHP lideri deyib: Türkiyənin məsələlərini idarə etməyi 13 il öncədən üzərlərinə götürən Ədalət və İnkişaf Partiyası bu ölkəni ciddi dalanla üzləşdirib.
Türkiyə hökumətinə Suriya ilə bağlı yanlış siyasətləri barədə dəfələrlə xəbərdarlıq etdiyini deyən Qılıçdaroğlunun sözlərinə görə, onlar Suriyada yanlışlıqlarını davam etdirməkdə israrlıdırlar.
Türkiyə hökumətinin müxalif partiyaları, həmişə Ədalət və İnkişaf Partiyası, hazırkı prezident və sabiq baş nazir Rəcəb Tayyib Ərdoğanı diktaturaya çalışmaqda suçlayırlar.
Qeyd edək ki, Türkiyə Ərəbistan, Qətər və ABŞ kimi bəzi ölkələrlə əlbir olaraq terror qruplaşmaları, o cümlədən İŞİD-i hərbi və maliyyə cəhətində himayə edərək Suriya və İraqı xarabalığa çevirmiş, üstəlik minlərlə günahsız insanın ölümündə rol oynamışdır.