Təl-Əvivdə bir fələstinli şəhid olub
Okt 08, 2015 16:49 Asia/Baku
-
Təl-Əvivdə bir fələstinli şəhid olub
Təl-Əvivdə Qüdsü işğal etmiş rejimin Müharibə Nazirliyinin binası yaxınlığında bir fələstinli gənc 4 sionist, o cümlədən bir hərbçini soyuq silahla yaralayıb. Bu fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, əl-Əqsa telekanalı bu xəbəri bildirərək əlavə edib: Sionist İsrail hərbçiləri Müharibə Nazirliyinin ətrafındakı küçələri bağlayaraq bu fələstinli gəncə atəş açıb və onu şəhid ediblər.Sionist mənbələr İordan çayının qərb sahilində yerləşən əl-Xəlil şəhərinin Kiryat Ərbə sionist qəsəbəsində sionistlərə soyuq silahla yeni hücumun olduğunu bildiriblər.
Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib: Ötən 5 gündə İordan çayının qərb sahili və Qüds şəhərində 1289 Fələstin vətəndaşı yaralanıb.
İordan çayının qərb sahili və Qüds şəhəri ötən bir neçə həftədə fələstinlilərlə sionist hərbçilərin arasında qarşıdurmaların artmasının şahidi olmuşdur. Bu qarşıdurmalar sionistlərin əl-Əqsa məscidinə təcavüzü nəticəsində baş verib.
Sionist rejim hərbçiləri döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə edərək fələstinlilərə hücum edirlər. Bu isə fələstinlilərin şəhid olması və yaralanması ilə nəticələnir.
Teqlər