Okt 09, 2015 17:47 Asia/Baku
  • Kürd partiyaları Kürdüstan rəhbərliyində ortaq məxrəcə gələ bilmədilər
    Kürd partiyaları Kürdüstan rəhbərliyində ortaq məxrəcə gələ bilmədilər

İraq Kürdüstanının 5 partiyasının bu məntəqəyə rəhbərlik üzrə iclası nəticəsiz sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının Süməriyyə Nyuza istinadla verdiyi məlumata görə, İraq Kürdüstan Vətən Birliyi, Kürdüstan İslam Birliyi, İslam Camaatı və Kürdüstan Demokrat partiyaları ötən gün İraq Kürdüstanına rəhbərin seçilməsi üzrə iclas keçiriblər. Kürdüstan məntəqəsi rəhbərinin səlahiyyətləri barədə ixtilafa görə iclas nəticəsiz sona çatıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Demokrat partiyası İraq Kürdüstanı rəhbərinin silahlı qüvvələrin ali baş komandanı olmasını istəyir. Halbuki digər 4 partiya Kürdüstan rəhbərinin peşmərgə qüvvələrinin komandanlarından olmasını istəyirlər.
Əsas kürd partiyaları ötən bir neçə həftədə Məsud Barzani üçün canişinin təyin olunması məqsədilə bir neçə iclas keçirmişlər. Lakin bu iclasların indiyə qədər nəticəsi olmayıb.
Məsud Barzaninin İraq Kürdüstanına qanuni rəhbərliyi 19 avqustda sona çatıb.

Teqlər