Okt 09, 2015 18:03 Asia/Baku
  • Rusiyanın İŞİD mövqelərinə hərbi hücumları müsbət qarşılanıb
    Rusiyanın İŞİD mövqelərinə hərbi hücumları müsbət qarşılanıb

Suriyanın BMT-dəki səfiri Rusiyanın İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava hücumlarını müsbət qarşılayıb və deyib: Bu hücumlar Suriyanın Həma şəhərinin ətrafına sabitliyi qaytardı.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Suriyanın BMT-dəki səfiri Bəşşar Cəfəri ötən gün İTAR-TASS-a verdiyi müsahibədə Rusiyanın Suriyada İŞİD mövqelərinə qarşı hava hücumları barədə deyib: Rusiyanın İdlibin yaxınlığında yerləşən Həma şəhəri ətrafına hava hücumları sabitliyi bölgəyə qaytarıb.
Cəfəri həmçinin deyib: Suriya öhdəlik götürüb ki, İŞİD terror qruplaşmasına qoşulan rusları məhv etsin və onların Rusiyaya qayıtmasına icazə verməsin.
Cəfəri Suriya ordusunun İŞİD-dən azad olunan əraziləri qorumaq iqtidarında olduğuna inandığını deyib.
O əlavə edib: Suriyada təhlükəsizliyin qorunması Türkiyə kimi qonşu ölkələrin öz ərazilərindən Suriyaya terrorçuların daxil olmalarının qarşısını almağa bağlı olacaqdır.
Rusiya qırıcı təyyarələri 30 sentyabrdan İŞİD-in mövqelərini bombalayırlar.
BMT baş katibi Ban Ki Mun may ayında bildirmişdi ki, dünyanın 100 ölkəsindən 25 min terrorçu Suriyada döyüşür.

Teqlər