Türkiyə kürdlərlə bağlı ABŞ və Rusiyaya xəbərdarlıq etdi
Okt 14, 2015 09:14 Asia/Baku
-
Türkiyə kürdlərlə bağlı ABŞ və Rusiyaya xəbərdarlıq etdi
Türkiyə rəsmiləri bu ölkə hökumətinin Amerika və Rusiyaya, Suriyada kürd yaraqlıları himayə etmələrinə dözməyəcəyi barədə xəbərdarlıq etdiyini bildiriblər.
Röyters-in məlumatına görə, Türkiyə rəsmilərindən biri kürd yaraqlıların Fəratı keçmələri və nəzarətləri altında olan əraziləri İraqın Kürdüstan məntəqəsindən Aralıq dənizi sahillərinə qədər genişləndirmələri ehtimalı barədə deyib: Bu, bizim üçün tamamilə aydın bir məsələ sayılır və biz bu məsələdə tam ciddiyik.Türkiyə Suriyada kürd yaraqlıların nüfuzunun genişlənməsindən nigarandır. Amma, Vaşinqton isə Suriya və regionda öz mənafeyini təmin etmək üçün kürdləri himayə edir.
Bir Türkiyə rəsmisi də deyib: Demokratik Birlik Partiyası ABŞ və Rusiyanın köməyi ilə Türkiyə sərhədlərinə yaxınlaşıb. Biz bu qruplaşmanı bir terror qruplaşması hesab edirik və digər ölkələrdən də belə bir qruplaşma ilə əlaqələrini yenidən nəzərdən keçirmələrini istəyirik.
Türkiyə Rusiyanın Suriyada kürd yaraqlılarını himayə etməkdə ittiham edir.
Bir Türkiyə rəsmisi bu barədə deyib: Rusiyanın himayəsi ilə kürd qüvvələr Cərablisdən Əzaza qədər olan əraziləri işğal etməyə və Fəratın qərbinə yaxınlaşmağa çalışırlar. Biz heç bir vəchlə buna icazə verməyəcəyik. Ankara Rusiya, Amerika və Avropa Birliyi rəsmiləri ilə müzakirələrdə bu məsələni gündəmə gətirib.
Teqlər