Suriya terrorizmlə mübarizədə Rusiyanın rolunu müsbət qarşılayıb
Okt 15, 2015 11:09 Asia/Baku
-
Suriya terrorizmlə mübarizədə Rusiyanın rolunu müsbət qarşılayıb
Suriyada terror qruplaşmaları ilə mübarizədə Rusiyanın konstruktiv rolunun aşkarlanması ilə rəsmi Dəməşq bildirib ki, terrorizmlə mübarizədə Rusiyanın səyləri Suriya böhranının həlli üçün münasib şərait yaradıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriyanın müxtəlif bölgələrində terrorçuların çoxlu sayda itki və xəsarət verməsi ilə nəticələnən Suriya və Rusiya Hərbi Hava Qüvvələrinin terrorçuların mövqelərinə hücumlara başlamasından iki həftə keçir. Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı iki ayrı-ayrı məktubda bildirib: Ehtimal üzrə terrorçuların məğlubiyyəti ilə diplomatik danışıqlar yolu ilə Suriya böhranının həlli üçün şərait yaranacaqdır.Suriya xarici işlər naziri Vəlid əl-Müəllim İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi ilə görüşdə də Suriyanın dost ölkələri, o cümlədən Rusiya və İranın terror qruplaşmaları ilə mübarizədəki roluna toxunaraq deyib: Suriya hökuməti İran və Rusiyanın terrorizmlə mübarizə və Suriyadakı böhranın diplomatik yolla həlli üzrə ideyalarını alqışlayır.
Suriya xarici işlər naziri ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya"nın funksiyasını tənqid edərək deyib: Bu koalisiyanın təşkil olunması ümumi fikri terror qruplaşmalarının regiondakı dəstəkçilərinin rolundan yayındırmaq məqsədilə formal hərəkət idi.
Bu arada ABŞ-ın İŞİD-lə mübarizə üzrə Əməliyyat Komandanlığının sözçüsü Stiv Varn çərşənbə günü Suriya hökuməti müxaliflərinə təlimin keçirilməsinin məğlubiyyətə uğradığını etiraf edərək bildirib: ABŞ Müdafiə Nazirliyi bundan sonra bu layihənin əvəzinə Suriya müxaliflərinə silah göndərəcək.
Stiv Varn təsdiqləyib ki, Suriya prezidenti Bəşşar Əsəd hökumətini devirmək məqsədilə bu ölkə ərazisində əvəzedici ordunun yaradılması üçün Amerikanın 500 milyon dollarlıq layihəsi Suriya vətəndaşları və qüvvələrinin Əsədi dəstəklədiyinə görə, məğlubiyyətlə üzləşmişdir.
Suriyanın müxtəlif bölgələrində terrorçuların ağır məğlubiyyətləri və onların Türkiyə və İordaniya sərhədlərinə doğru geri çəkilməsi barəsində məlumatların yayılması ilə yanaşı, Suriya dairələri on minlərlə suriyalı didərçinin azad olunan bölgələr, o cümlədən Hələb, Həma və İdlib vilayətlərində öz evlərinə qayıtdığını bildiriblər.
Həmçinin Suriya ordusu bir bəyanatda bildirib: Rusiya və Suriya Hərbi Hava Qüvvələrinin Dəməşqin şimal-şərqi, Türkiyə ilə sərhəd bölgələr və Hələb vilayətinin şimal bölgələrində terrorçuların mövqelərinə müştərək hücumlarında yüzlərlə terrorçu öldürülüb və yaralanıb. Ordunun quru qüvvələri də Cobər, Darya, Duma, Hərəsta və Eyn Terma strateji bölgələrini terrorçulardan təmizləməkdədirlər.
Suriya regionda sionizmə qarşı müqavimətin əsas mehvəri olaraq təxminən 5 il öncədən bəzi qərb və region ölkələri, o cümlədən ABŞ, İsrail rejimi, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər kimi ölkələrin dəstəklədiyi terror qruplaşmaların bu ölkəyə nüfuz etməsinin şahidi olub.
Bəzi hesabatlara əsasən, bu müddət ərzində 200 mindən çox Suriya vətəndaşı həlak olub, milyonlarla suriyalı öz ev-eşiyindən didərgin düşüb.
Teqlər