Suriya ordusu Hələbdə irimiqyaslı əməliyyata başlayıb
Okt 16, 2015 14:17 Asia/Baku
-
Suriya ordusu Hələbdə irimiqyaslı əməliyyata başlayıb
Suriya ordusu Hələbin cənub-qərb ətrafında irimiqyaslı əməliyyata başlayıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusunun Hələb şəhərinin cənub bölgələrinə irimiqyaslı hərbi hücumları nəticəsində İŞİD terror qruplaşmasının ünsürləri Təl Naim kəndindən geri çəkilib və bu kənd təhlükəsizlik qüvvələrinin nəzarətinə keçib.Yerli mənbələr məlumat veriblər ki, Suriya ordusunun hərbi əməliyyatının başlanması ilə yanaşı, Rusiya qırıcı təyyarələri də Təl Xızır və Təl İlyas şəhərciklərini bombardman ediblər. Bu mənbələr bu hücumların detalları və tələfatın sayına toxunmayıblar.
Yerli mənbələr bildiriblər ki, Suriya ordusunun hərbi əməliyyatlarının başlanması ilə Hələb şəhərinin cənub bölgələrində silahlı müxaliflər ordunun hücumlarına qarşı çıxmaq üçün bütün qruplar arasında səfərbərlik və hazırlıq vəziyyəti elan ediblər.
Suriya ordusu həmçinin Homs vilayətinin şimal bölgələrində irimiqyaslı hücumlara başlayıb. Suriya ordusu Həma, Hələb, İdlib və Laziqiyyədə də əməliyyatlara başlayıb və Təlbisə, Kissin və Tir Mələ mehvərlərinə qədər irəliləyə bilib.
Suriya ordusu və xalq qüvvələri əl-Xalidiyyə kəndini silahlı ünsürlərdən geri alıblar. Homs vilayətinin şimal ətrafında Tir Mələ kəndində 20 silahlı ünsür öldürülüb.
Digər tərəfdən təhlükəsizlik mənbələri bildiriblər ki, Homsda Əhraruş-Şam qruplaşmasının sabiq komandanı Əbubəkr əl-Şişani Rusiyanın hərbi hava hücumlarından birində öldürülüb.
Suriya ordusunun Homs vilayətinin şimal ətrafındakı keçirdiyi hərbi əməliyyatlarda Xalidiyyə və Məşari bölgələri ordu qüvvələrinin nəzarətinə keçib.
Suriya ordusu qüvvələri milli müdafiə qüvvələri, Rusiyanın hərbi hava hücumları və ordunun arsenal hücumları ilə birlikdə bu məntəqədə irəliləməkdədirlər.
Bəzi hərbi bölgələr də suriyalı qüvvələrin nəzarətinə keçib.
Suriya ordusunun hərbçisi deyib: Ordunun müxtəlif korpusları Suriya və Rusiyanın Hərbi Hava Qüvvələri ilə koordinasiya şəklində Təlbisə, Tir Mələ və Darul-Kəbirə bölgələrində silahlı qruplaşmaların mövqelərinə qarşı müəyyənləşmiş hücumlar ediblər. Bu əməliyyat həmçinin irimiqyaslı arsenal hücumlarının dəstəyi ilə baş tutub.