PKK yaraqlıları Türkiyənin şərqində təhlükəsizlik qüvvələrinə hücum ediblər
Okt 17, 2015 12:16 Asia/Baku
-
PKK yaraqlıları Türkiyənin şərqində təhlükəsizlik qüvvələrinə hücum ediblər
PKK yaraqlıları Türkiyənin şərqində bir qrup təhlükəsizlik qüvvəsinə hücum ediblər.
Türkiyədə çıxan Zaman qəzetinin internet səhifəsində yer alan məlumata görə, PKK yaraqlılarının Şırnak vilayətində həyata keçirdikləri bu hücum zamanı bir polis zabiti ölüb, daha bir nəfəs isə yaralanıb.Yaralı polis zabiti xəstəxanaya köçürülüb.
Bu məlumata görə, hadisənin ardınca Şirnak rəsmiləri bir bəyanat yayıb və şəhər səviyyəsində gediş-gəlişi qadağan ediblər.
Türkiyə ordusunun PKK yaraqlılarına qarşı əməliyyatı 2 il yarım davam edən atəşkəsin ləğv edilməsinin ardınca cari ilin iyul ayından başlanıb.