Sionist zabit İraqda əsir götürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198795-sionist_zabit_İraqda_əsir_götürüldü
İraqın təhlükəsizlik və xalq könüllü qüvvələri bu ölkənin əməliyyat cəbhələrindən birində sionist rejim ordusunun bir zabitini bir qrup İŞİD ünsürü ilə birlikdə əsir götürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 15:04 Asia/Baku
  • Sionist zabit İraqda əsir götürüldü
    Sionist zabit İraqda əsir götürüldü

İraqın təhlükəsizlik və xalq könüllü qüvvələri bu ölkənin əməliyyat cəbhələrindən birində sionist rejim ordusunun bir zabitini bir qrup İŞİD ünsürü ilə birlikdə əsir götürüblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq xalq könüllü qüvvələrinin yüksək səviyyəli rəsmisi bildirib: Bu sionist zabit bu rejim ordusunun mayor rütbəsinə malikdir və İraqda İŞİD təkfirçi qruplaşmasının terror əməliyyatında iştirak edib.
Qeyd olunan rəsmi əlavə edib: Yosi Olen Şahak sionist rejim ordusuna bağlı Qulani xüsusi batalyonda mayor rütbəsinə malikdir və hərbi və təhlükəsizlik kodu belədir: Re34356578765az231434
İraq xalq könüllü qüvvələrinin yüksək səviyyəli rəsmisi əlavə edib: Əlaqədar qurumlar bu sionist zabitin İŞİD sıralarında iştirak etmələri ilə əlaqədar onu dindirir və Təl-Əviv tərəfindən İŞİD olunan dəstəklərin formalarını əldə etməyə çalışırlar. Belə ki, görəsən İŞİD sıralarında digər sionist hərbçilər də var yoxsa xeyr?
Bu rəsminin açıqlaması bundan öncə sionist rejimin İraqda İŞİD-i dəstəkləməsi və bu rejimin casusluq və təhlükəsizlik xidmətləri zabitlərinin İŞİD sıralarında olmasına dair xəbərlərin təsdiqidir.
Qulani batalyonu sionist rejim ordusunun bir nömrəli batalyonudur və bu rejim ordusunun piyada qoşununa bağlı xüsusi batalyonlardan hesab olunur. Bu batalyon 1948-ci ildə təşkil olunub.