İordan çayının qərb sahilində daha bir yeniyetmə fələstinli şəhid oldu
Okt 23, 2015 15:12 Asia/Baku
-
İordan çayının qərb sahilində daha bir yeniyetmə fələstinli şəhid oldu
Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin cənubunda bir fələstinli yeniyetməni şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstinin Məa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist hərbçilər bu gün səhər Beyt-Ləhmin cənubunda Esyun şəhərciyi yaxınlığında bir yoxlama-keçid məntəqəsində sionistlərə qarşı əməliyyat keçirmək istəyən bir fələstinli yeniyetməyə bir neçə dəfə atəş açaraq onu şəhid ediblər.Həmçinin sionist hərbçilər Qəzzə zolağının sərhəd mərkəzində Əl-Bric düşərgəsində 3 fələstinli gənci yaralayıblar.
Fələstinin müxtəlif bölgələri oktyabr ayının əvvəllərindən sionist rejimin işğalçılığına qarşı ictimai etirazların şahididir. Sionist hərbçilərin Qüds intifazəsi zamanı sərt və müharibə siyasəti təxminən 60 fələstinlinin şəhid olması ilə nəticələnib.
Teqlər