Səudiyyə bazaları raket atəşinə tutulub
Okt 25, 2015 08:59 Asia/Baku
-
Səudiyyə bazaları raket atəşinə tutulub
Yəmənin ordusu və xalq komitələri Ərəbistanın hərbi bazalarını raket atəşinə tutublar.
Əlməyadin telekanalının məlumatına görə, Yəmənin ordusu və xalq komitələri Marəb vilayətinin Sərvah məntəqəsinin şərqində yerləşən Kufəl bazası, eləcə də Əlmələh vadisi və Təbab məntəqələrini öz nəzarətlərinə ala biliblər.Yəmənin ordusu və xalq komitələri həmçinin İŞİD qüvvələrini tam şəkildə Əlbiyza vilayətinin Vadiəlhəlq məntəqəsindən çıxarmağa müvəffəq olublar.
Yəmənin Müdafiə Nazirliyi bildirib ki, Yəmənin ordusu və xalq komitələri Usəyr vilayətinin məntəqələrindən birində yerləşən Əlrəbuə binasını və Nəcranda Rədəmə, Qəmər və Şərəfə bazalarını raket atəşinə tutublar.
Belə bir halda, səudiyyə qırıcıları Təəzdə Salə muzeyini dağıdıblar. Bu hücumda bu muzeyin ətrafındakı onlarla ev zərər çəkib.