Kərbəlada Aşura mərasiminin təhlükəsizlik planı uğurla icra edildi
Okt 26, 2015 10:41 Asia/Baku
İraqın daxili işlər naziri Kərbəlada Hüseyn(ə) Aşurası mərasiminin təhlükəsizliyinin təmin edilməsi planının uğurlu şəkildə icra edilməsindən xəbər verib.
Əl-İraqiyə informasiya kanalının verdiyi məlumata görə, Məhəmməd Salim əl-Ğəban bazar günü deyib: Aşura mərasiminin təhlükəsizlik planı təhlükəsizlik qüvvələri vəyerli sakinlərin əməkdaşlığı ilə uğurlu şəkildə icra edildi.Məhəmməd Salim əl-Ğəban əlavə edib: İraqın bütün təlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyətə əməkdaşlıq ediblər.
Digər tərəfdən İraqın müharibə təbliğatı qərargahı bildirib ki, İraqın xalq qüvvələri İŞİD terrorçularının əl-Ənbar vilayətində, Fəllucə şəhərinin əl-Hayəkul məntəqəsinə olan hücumunu önləyiblər. Bu əməliyyat zamanı 53 terrorçunun öldürüldüyü bildirilir.