Noy 04, 2015 12:04 Asia/Baku
  • Rusiya İŞİD-in 24 mərkəzini bombalayıb
    Rusiya İŞİD-in 24 mərkəzini bombalayıb

Rusiya Suriyada İŞİD-in 24 mərkəzini bombalayıb.

IRNA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib ki, rus təyyarələr suriyalı qruplardan aldığı informasiyalarla terrorçuların, xüsusən İŞİD terroçularının Suriyadakı 24 mərkəzini bombalayıblar.
Andrey Kartapolov dünən həmçinin deyib: Rus təyyarələr bu gün on iki döyüş uçuşu həyata keçiriblər və KAB-500 tipli qüdrətli və dəqiq bombalardan istifadə edərək, terrorçuların 24 mərkəzini hədəfə alıblar.
O, əlavə edib: Terrorçular Tədəmmur, Diyrəlzur, İtriyyə və Hələb məntəqələrində bombalanıblar.
Rus hərbi rəsmisi deyib: Bu hədəflərin coğrafi informasiyalarını suriyalı qruplar Rusiyanın ixtiyarına vermişdilər.

Teqlər