Rusiya Suriyada raket əleyhinə müdafiə sistemi yerləşdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199284-rusiya_suriyada_raket_əleyhinə_müdafiə_sistemi_yerləşdirir
Rusiya hökuməti bu ölkənin Suriyda Raket Əleyhinə Müdafiə sistemi yerləşdirməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2015 08:20 Asia/Baku
  • Rusiya Suriyada raket əleyhinə müdafiə sistemi yerləşdirir
    Rusiya Suriyada raket əleyhinə müdafiə sistemi yerləşdirir

Rusiya hökuməti bu ölkənin Suriyda Raket Əleyhinə Müdafiə sistemi yerləşdirməsindən xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istiandla verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələri komandanı Viktor Bondarev bildirib: Bu ölkə Suriyadakı öz hərbi qüvvələri və təchizatını mühafizə etmək məqsədilə Raket Əleyhinə Müdafiə sistemi yerləşdirib.
Bondarev Suriyada Rusiya qüvvələri və hərbi təchizatına qarşı mövcud təhdidlərə toxunaraq deyib: Rusiyanın qırıcı təyyarələri Suriyanın qonşu ölkələrində oğurlana bilərlər və onlardan Rusiya qüvvələrinə hücum üçün istifadə oluna bilər.
Rusiya Hərbi Hava Qüvvələri komandanı bildirib: Elə bu məqsədlə Rusiya Suriyada öz raket sistemlərini yerləşdirmək niyyətindədir.
Rusiya 2015-ci il 30 sentyabrdan Suriya hökumətinin müraciətinə əsasən İŞİD təkfirçi terror qruplaşmasının mövqelərinə qarşı hava hücumlarına başlayıb.