Sionistlər daha bir fələstinli gənci şəhid ediblər
Noy 06, 2015 15:47 Asia/Baku
-
Sionistlər daha bir fələstinli gənci şəhid ediblər
Sionist rejim hərbçiləri daha bir fələstinli gənci şəhid ediblər.
Fələstinin Səfa xəbər agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri cümə günü günorta çağı Əlxəlil şəhərinin şimalındakı Rəsulcurə məntəqəsində, onları maşınla basmaq istəməsi təsəvvürü ilə, bir fələstinli qıza atəş açıblar ki, nəticədə bu fələstinli qız şəhid olub.Bu məlumata görə, cümə günü səhərdən fələstinlilərlə sionist rejim məmurları arasında toqquşmalar baş veribdir ki, həmin gün günortadan toqquşmalar özünün kulminasiya nöqtəsinə çatıbdır.
Əlxəlil şəhərinin cənubunda toqquşmalar nəticəsində onlarla fələstinli "Vəsaya Əlrəsul" məscidinin ətrafında yaralanıbdır.
İsrail rejimi ordusunun qüvvələri bu məscidi cümə namazından öncə mühasirəyə alıblar ki, fələstinlilərin aksiyalarına mane olmuş olsunlar, lakin fələstinlilər bu təcavüzkarlarla mübarizəyə qalxıb və onları bu məscidin ətrafından geri çəkilməyə məcbur ediblər.
Teqlər