Qüds intifazəsinin başlanmasından bəri iki mindən çox fələstinli həbs olunub
Noy 08, 2015 07:30 Asia/Baku
-
Qüds intifazəsinin başlanmasından bəri iki mindən çox fələstinli həbs olunub
Fələstinli Əsir Klubu oktyabrın əvvəllərindən bəri sionist hərbçilər tərəfindən iki mindən çox fələstinlinin həbs olunmasından xəbər verib.
Londonda çıxan Əlquds Ələrəbi qəzetinin internet portalının məlumatına görə, Fələstinli Əsir Klubu bir bəyanatda sionistlərin fələstinlilərə qarşı cinayətlərini pisləyərək, bildirib ki, ötən qırx gün ərzində İordan çayının qərb sahilində sionist hərbçilər tərəfindən iki mindən çox fələstinli həbs olunub.Bəyanatın davamında deyilir ki, sionist rejim məhbəslərində fələstinli əsirlərin sayının artmasının ardınca bu əsirlərin durumu ağırlaşıbdır.
Fələstinli Əsir Klubu sionist hərbçilər tərəfindən fələstinli əsirlərin döyülmələri və işgəncə edilmələrinin artmasına və bu əsirlərdən bəzilərinin sümüklərinin sınmasına işarə edib.
Fələstin xalqı 2015-ci ilin oktyabr ayının əvvəlindən Məsciduləqsa daxil olmaqla islami müqəddəslərin himayəsi üçün Qüds intifazəsini başlayıbdır.
Qüds intifazəsinin başlanmasından bəri azı səksən fələstinli sionistlər tərəfindən şəhid edilib və yüzlərlə nəfər də yaralanıbdır.
Teqlər