Tul-Kərəmdə 17 fələstinli yaralanıb
Noy 09, 2015 06:34 Asia/Baku
-
Tul-Kərəmdə 17 fələstinli yaralanıb
Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Tul-Kərəm şəhərinin qərbində 17 fələstinli gənci yaralayıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, yerli şahidlər bildiriblər: Sionist hərbçilər Tul-Kərəmin qərbində fələstinli gənclərin aksiyasına basqın edərək döyüş güllələrindən atəş açıb və 17 gənci yaralayıblar. Zəhərli qaz nəticəsində onlarla gəncin də tənəffüs sistemində problem yaranıb.Beyt-Ləhm şəhərində Fələstin Qırmızı Aypara Cəmiyyətinin təcili və tibbi yardım departamentinin rəhbəri Məhəmməd Əvəz deyib: Sionist hərbçilər ötən gecə Beyt-Ləhmin qərbində Hovsan kəndinə basqın etdikdən sonra fələstinli gənclərlə toqquşublar.
Əl-Məyadin telekanalı da bildirib ki, sionist rejim qırıcı təyyarələri Qəzzə zolağının cənubunda Rəfəh keçidində Qəssam batalyonlarının bazalarının birini yaxınlığındakı məntəqəyə hücum ediblər.
Əl-Aləm telekanalı da 4 noyabrda avtomobillə vurulan sionist rejimin hərbçilərindən birinin öldüyünü bildirib. O İordan çayının qərb sahilində əl-Xəlil şəhəri yaxınlığında avtomobillə vurulmuşdu.
Teqlər