İraqlılar Mina faciəsinin miqyaslarının araşdırılmasını istəyiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199427-İraqlılar_mina_faciəsinin_miqyaslarının_araşdırılmasını_istəyiblər
İraq vətəndaşları və hacıları builki həcc hadisələrinin təkrar olunmasının qarşısının alınması üçün islami ölkələrin iclasının keçirilməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2015 16:10 Asia/Baku
  • İraqlılar Mina faciəsinin miqyaslarının araşdırılmasını istəyiblər
    İraqlılar Mina faciəsinin miqyaslarının araşdırılmasını istəyiblər

İraq vətəndaşları və hacıları builki həcc hadisələrinin təkrar olunmasının qarşısının alınması üçün islami ölkələrin iclasının keçirilməsini istəyiblər.

Əlaləm informasiya kanalının məlumatına görə, bir qrup İraq vətəndaşı həmçinin həcc mərasiminin idarə olunmasında İran və İraq daxil olmaqla digər ölkələrin təcrübələrindən bu ölkələrdə müqəddəs məkanların mövcud olması səbəbindən istifadə edilməsi vacibliyini vurğulayıblar.
İraqlılar bildiriblər ki, builki həcc hadisələri hacılar üçün təhqiredici oldu və Mina faciəsi Ali-Səudun bu böyük mərasimin idarəsində təqsiri və zəif idarəçiliyinin nişanəsidir.
İraq xalqı Ərəbistanın Məkkədə hacıların təhlükəsizlikləri və həyatlarının qorunmasındakı acizliyini tənqid edərək, bildiriblər ki, builki həcc hadisələri hacılara qarşı bir növ fitnə sayılır və gələn illərdə hacıların taleyi nigaranedicidir.
İraqlılar həmçinin Mina faciəsində minlələ hacının həlak olmasını qəzavü-qədərdən uzaq bir məsələ adlandırıb və vurğulayıblar ki, Ali-Səud həcc mərasimləri üzrə proqramlaşdırmada ciddi deyil və əgər Ərəbistan həccin idarəçiliyi sahəsində bir tədbir görməzsə, islami ölkələr bu problemin həlli üçün addım atmalıdırlar.
Bir qrup iraqlı hacı da builki həcc səfərindən qayıtdıqdan sonra deyib: Faktlar Minada səudiyyə şahzadələrindən birinin keçməsi və bu karvanın olması səbəbindən yolların bağlanması və izdihamdan söz açır ki, bu da Mina faciəsi ilə nəticələnibdir.
İraqlı hacılar həmçinin Mina faciəsində itkin düşmüş hacıların talelərinin təyin olunmasını mühüm adlandırıblar.