İraqın Sincar şəhəri təmizlənib
Noy 12, 2015 15:36 Asia/Baku
-
İraqın Sincar şəhəri təmizlənib
Kürd peşmərgə qüvvələri İraqın Niynəva vilayətinin Sincar şəhərinin tam təmizlənməsinə başlayaraq, İraqın Mosul şəhəri ilə Suriyanın Əlriqqə şəhəri arasındakı əlaqə yolunda yoxlama-buraxılış məntəqələri yaradıblar.
IRIB-nin məlumatına görə, İraq Kürdüstanının peşmərgə qüvvələri Şənqal şəhərinin icra hakimiyyəti binasını təkfirçi-sionist İŞİD terrorçularından təmizləyə biliblər.Əlməyadin telekanalı da İraq Kürdüstanının peşmərgə qüvvələrinin Niynəva vilayətinin Səncar şəhərinin icra hakimiyyətinə nəzarətindən xəbər verib.
Tələfər-Sincar strateji əlaqə yolu İraq Kürdüstanının peşmərgə qüvvələrinin əlinə keçib.
Sincar məntəqəsindəki hava hücumlarında onlarla İŞİD qüvvəsi ölüb və ya yaralanıbdır.
Peşmərgə qüvvələri bu gün Sincar şəhərini azad etmək üçün üç istiqamətdən bu şəhərə hücum ediblər.
Teqlər