Sionist hərbçilər fələstinlilərin mənzillərini dağıdırlar
Noy 13, 2015 07:03 Asia/Baku
-
Sionist hərbçilər fələstinlilərin mənzillərini dağıdırlar
Sionist rejimin Ali Məhkəməsi bir neçə mübariz fələstinlinin evinin dağıdılması üçün bu rejim ordusunun qərarını təsdiqləyib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist rejim Ədliyyə Nazirliyi bildirib: İsrailin Ali Məhkəməsi cümə axşamı günü anti-sionist əməliyyatda iştirak edən fələstinlilərə aid 5 evin dağıdılması ilə bağlı təkliflə razılaşıb.Qüds İntifazəsinin başlanması ardınca, sionist rejim baş naziri Benyamin Netanyahu fələstinliləri mənzillərinin dağıdılması ilə hədələyib.
Sionist hərbçilər ötən ayda Qüds İntifazəsinin başlanması ilə fələstinlilərin 6 evini dağıdıblar.
Fələstin əraziləri fələstinlilərin 2015-ci il oktyabr ayının əvvəlindən sionist rejimin əl-Əqsa məscidi və Qüdslə bağlı ambissiyaları və qəsəbə salma siyasətlərinə geniş etirazlarının şahidi olub. Bu da Qüds İntifazəsinin başlanması ilə nəticələnib.
Sionist hərbçilər Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 85 fələstinlini şəhid edib, 2700 fələstinlini yaralayıblar. Onların arasında çoxlu sayda fələstinli uşaq və yeniyetmə vardır.
Teqlər