Noy 13, 2015 10:34 Asia/Baku
  • İraqda minlərlə nəfər həlak olub
    İraqda minlərlə nəfər həlak olub

BMT-nin İraqda Dəstək Komitəsi ötən bir ay ərzində terrorçuların törətdikləri cinayətdə yüzlərlə iraqlının qətlə yetirildiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, BMT-nin İraq üzrə xüsusi nümayəndəsi və bu təşkilatın İraqda Dəstək Komitəsinin rəhbəri Yan Kubiş bu komitənin İraqdakı qarşıdurmalarla əlaqədar hesabatına toxunaraq deyib: 714 nəfər, o cümlədən 559 sivil İŞİD terror qruplaşmasının cinayətləri və silahlı qarşıdurmalar nəticəsində həlak olub.
BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi öz yeni hesabatında oktyabr ayındakı qarşıdurmalar nəticəsində 714 nəfərin həlak olduğunu və 1269 nəfərin də yaralandığını bildirərək beynəlxalq ictimaiyyəti ötən 13 ildə əzab-əziyyətlərlə üzləşən İraq vətəndaşlarına yardıma çağırıb.
Bu məlumata görə, ötən ayda terror cinayətlərinin əsas qurbanları, Bağdad, Diyalə, Neynəva və Səlahəddin vilayətlərində olmuşlar. Bu arada Bağdad vilayəti 296 ölü və 852 yaralı ilə bu ayda ən çox tələfat vermişdir.
Kubişin sözlərinə görə, qarşıdurmalara görə, öz şəhərlərini və evlərini tərk etmək məcburiyyətində qalan qurbanlardan çoxu aclıq, susuzluq, dərman çatışmazlığı nəticəsində həlak olmuşdur.

Teqlər