Sionistlərin Fələstin ərazilərinə hücumları davam edir
Noy 13, 2015 10:10 Asia/Baku
-
Sionistlərin Fələstin ərazilərinə hücumları davam edir
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücum edərək onlarla fələstinlini yaralayıblar.
Səhər Beynəlxalq Televiziyasının Qətərin rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Fələstinin tibbi dairələri bildiriblər: Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində əl-Xəlil şəhəri yaxınlığında Səir qəsəbəsinə hücum edərək bir qrup fələstinlini yaralayıblar.Bu hücumda fələstinlilər sionist hərbçilərlə toqquşublar.
İordan çayının qərb sahilində Tul-Kərəm şəhərində tibb dairələri də bu şəhərin əsas girişində fələstinli gənclərlə sionist hərbçilər arasında toqquşmanın baş verdiyini bildiriblər. Bu toqquşmada onlarla fələstinli gənc xəsarət alıb.
Teqlər