İsrail hərbçiləri fələstinlilərin evlərini dağıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199570-İsrail_hərbçiləri_fələstinlilərin_evlərini_dağıdır
Sionist rejim Nablos və Ramallahda, sionistlərə qarşı əməliyyatlar törədən fələstinlilərin evlərini partladaraq, dağıdıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2015 08:48 Asia/Baku
  • İsrail hərbçiləri fələstinlilərin evlərini dağıdır
    İsrail hərbçiləri fələstinlilərin evlərini dağıdır

Sionist rejim Nablos və Ramallahda, sionistlərə qarşı əməliyyatlar törədən fələstinlilərin evlərini partladaraq, dağıdıblar.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri cümə günü Qərb Sahilində Kərəm Misri, Yəhya Həcc Əhməd və Səmir Kusa adlı 3 fələstinli əsirin evinə hücum edərək, bu mənzilləri partladaraq, dağıdıblar. Bu 3 fələstinli ötən oktyabr ayında "İtmar" anti-sionist əməliyyatında iştirak etməkdə ittiham olunur.
Bu məlumata görə, sionist rejim hərbçilərinin bu hərəkətinin ardınca fələstinlilərlə sionistlər arasında ciddi qarşıdurma baş verib. Bu toqquşma 9 fələstinlinin yaralanmasına səbəb olub.
Həmçinin, çoxlu sayda fələstinli gözyaşardıcı qazdan zəhərlənib.
"İtmar" anti-sionist əməliyyatı ötən oktyabrın 1-də baş vermiş və bu əməliyyat zamanı bir fələstinli sionistlərə məxsus bir avtomobilə tərəf atəş açaraq, bir sionist zabit və bir qəsəbə sakinin öldürmüşdü.
Sionist rejim bu əməliyyatın ardınca Həmas-ın 5 üzvünü bu əməliyyatda rolu olmaq ittihamı ilə həbs etmiş və onların evlərinin dağıdılması barədə göstəriş vermişdi.
Bu əməliyyat Qüds İntifazəsinin başlanmasına səbəb olmuşdu və hazırda Qüds İntifazəsinin başlanmasından 45 gün keçir. Qüds İntifazəsi indiyə kimi 16 sionistin ölməsi və 300-dən çox sionistin yaralanması ilə nəticələnib.
Sionist rejim hərbçiləri həmçinin, bu gün şənbə Ramallahın şərqində yerləşən Səlvad qəsəbəsində Məaz Hamidin mənzilinə basqın edərək, bu mənzili dağıdıblar.