Sionist rejimin cinayətləri Qüds intifazəsinin formalaşması amilidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199584-sionist_rejimin_cinayətləri_qüds_intifazəsinin_formalaşması_amilidir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas sionist hərbçilər və qəsəbə sakinlərinin hücumlarını Qüds intifazəsinin formalaşması amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2015 13:34 Asia/Baku
  • Sionist rejimin cinayətləri Qüds intifazəsinin formalaşması amilidir
    Sionist rejimin cinayətləri Qüds intifazəsinin formalaşması amilidir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas sionist hərbçilər və qəsəbə sakinlərinin hücumlarını Qüds intifazəsinin formalaşması amili adlandırıb.

"Əl-Risalə net" internet portalının məlumatına görə, Həmas-ın siyasi bürosunun sədr müavini İsmayıl Hənyə şənbə günü deyib ki, Qüds intifazəsi İsrail rejimi ilə saziş müzakirələrinə qayıtmaq hədəfi ilə siyasi istifadə üçün bir yol deyil.
Hənyə Fələstin muxtariyyəti ilə sionist rejim arasındakı təhlükəsizlik koordinasiyalarına son qoyulması vacibliyini vurğulayaraq, söyləyib: Təhlükəsizlik koordinasiyalarının dayandırılması Qüds intifazəsini himayəyə bir cavab sayılır.
Həmas-ın siyasi bürosunun sədr müavini deyib: Sionist hərbçilər və qəsəbə sakinlərinin İordan çayının qərb sahilində və Beytulmuqəddəsdəki hücumları Qüds intifazəsinin formalaşmasının ən mühüm amilləri sayılırlar.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci ilin oktyabr ayının əvvəllərindən fələstinlilərin sionist rejimin Məsciduləqsa və Qüds qarşısındakı siyasətləri əleyhinə geniş etiraz səhnələri olubdur ki, bu da Qüds intifazəsinin başlanması ilə nəticələnibdir.