"Böyük İsrail" röyasını unudun!
Noy 15, 2015 14:06 Asia/Baku
-
"Böyük İsrail" röyasını unudun!
Sionist rejimin başçısı sionistlərə xitabən etdiyi çıxışında deyib: Böyük İsrail röyasını unutmalısınız.
Səhər Beynəlxalq Televiziyasının Haaretsə istinadla verdiyi məlumata görə, Reuven Rivlin yəhudilər üçün etdiyi çıxışında deyib: "Böyük İsrail" röyasını unudun və bilin ki, fələstinlilər bu ərazinin həmişəlik sakinləri olub, qonşu olaraq qalacaq və onlarla sülhə çatmaq lazımdır.İsrail rejimi başçısının sözlərinə görə, bütövlüyü istəyən yəhudilər qəbul etməlidirlər ki, Yəhudilər üçün bu ərazinin bütövlüyü ideologiyası praktiki olmayacaq və yalnız fələstinlilərin yəhudilərə qarşı düşmənçiliyini artıracaq.
Rivlin radikal yəhudiləri "Böyük İsrail" röyasını unutmağa çağırması elə bir haldadır ki, onun özü rəhbərlikdən öncə on illərlə sağçı siyasətçilər, o cümlədən Likud partiyasının siyasətçilərindən olmuşdur.
Onun sözlərinə görə, etimad gələcəkdə israillilərlə fələstinlilər arasında ehtimal olunan istənilən sülh anlaşmasına zəmanət verəcək açardır. Lakin bu anlaşmaya çatmaq üçün etimadın yaradılması elə bu andan başlanmalı və ölkə daxilində yəhudilərin ərəblərlə və qonşu fələstinlilərələ əlaqələri yaxşılaşmalıdır.
Rivlin bu çıxışında deyib: İsraildə bütün hökumətlər fələstinlilər və Beytül-Müqəddəs və Yerusəlimin vəziyyəti barədə yanlışlığa yol veriblər və bu şəhərin şərqində yaşayan yüz minlərlə fələstinlinin ictimai rifahı üçün bir iş görməyiblər.
İsrail rejimi başçısının sözlərinə görə, hazırda İsraili öz caynağına alan təhlükəsizlik böhranının yaranmasında öncəki Nazirlər Kabinetlər tərəfindən fələstinlilərin ehtiyaclarına etinasızlığın rolu vardır.
Teqlər