İsrail ordusu Qəzzə sahillərinə hücum edib
Noy 16, 2015 11:31 Asia/Baku
-
İsrail ordusu Qəzzə sahillərinə hücum edib
Sionist rejim ordusu Dəniz Qoşunları bir daha Qəzzə sahillərində fələstinlilərin balıqçılıq qayıqlarına hücum edib.
Fələstinin Vəfa informasiya agentliyinin verdiyi məlumata görə, İsrail ordusunun Dəniz Qoşunları bazar ertəsi günü fələstinli balıqçıların bir neçə qayığını Qəzzə sahilində atəşə tutublar. Nəticədə iki fələstinli balıqçı yaralanıb.İşğal edilmiş Fələstin ərazilərində də sionist rejim hərbçiləri bu gün səhər 6 fələstinlini Beytül-Müqəddəsdə həbs ediblər.
Sionist rejim hərbçiləri həmçinin əl-Xəlildə bir xeyriyyə mərkəzinə hücum edərək, bu mərkəzin binasını işğal edib, təftiş aparmağa başlayıblar.
Bu xeyriyyə mərkəzinin rəyasət heyətinin sədri Fələstin əl-Yəum informasiya agentliyinə bildirib ki, bu mərkəz 4000 fələstinli uşağı himayəyə götürüb və mərkəzin bütün fəaliyyətləri qanun çərçivəsində olub.
İsrail hərbçiləri ötən günlər ərzində dəfələrlə bu xeyriyyə mərkəzinin əl-Xəlilin müxtəlif məntəqələrindəki ofislərinə basqın ediblər.
İşğal edilmiş Fələstin əraziləri ötən oktyabr ayının əvvəlindən fələstinlilərin İsrail rejiminin əl-Əqsa məscidi və Beytül-Müqəddəsə qarşı təcavüzkarlıq siyasətləri əleyhinə geniş etirazlarının şahididir.
Teqlər