Netanyahu fələstinlilərə hücumun davam etməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199755-netanyahu_fələstinlilərə_hücumun_davam_etməsini_vurğulayıb
Sionist rejim baş naziri İsrail ordusunun fələstinlilərə qarşı hücumlarının davam etməsini bir daha vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2015 17:28 Asia/Baku
  • Netanyahu fələstinlilərə hücumun davam etməsini vurğulayıb
    Netanyahu fələstinlilərə hücumun davam etməsini vurğulayıb

Sionist rejim baş naziri İsrail ordusunun fələstinlilərə qarşı hücumlarının davam etməsini bir daha vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Benyamin Netanyahu deyib: İsrail ordusu gələcəkdə fələstinlilərə qarşı irimiqyaslı hücumlara başlayacaq.
Netanyahu həmçinin fələstinliləri Fransadakı terrorçularla eyni adlandırıb və iddia edib ki, fələstinlilər işğal olunmuş Fələstində de-stabillik amilidirlər.
Netanyahunun fələstinlilərə qarşı bu açıqlaması elə bir haldadır ki, sionist hərbçilər ötən oktyabrın əvvəlindən indiyə qədər fələstinlilər və əl-əqsa məscidinə qarşı irimqiyaslı hücumlara başlayıblar. Bu hücumlar sionistlərə qarşı Qüds İntifazəsinin başlanması ilə nəticələnib.
Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 90-dan çox fələstinli şəhid olub və 2700-dən çox fələstinli yaralanıb. Onlar arasında çoxlu sayda uşaq və yeniyetmə vardır.