Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199771-sionistlərin_fələstinlilərə_qarşı_hücumları_davam_edir
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı hücumlarının davamında bir daha Fələstinin müxtəlif məntəqələrinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 10:59 Asia/Baku
  • Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir
    Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı hücumlarının davamında bir daha Fələstinin müxtəlif məntəqələrinə hücum ediblər.

Fələstin əl-Yəum informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri cümə axşamı Qərb Sahilində, Beyt Ləhmin cənubunda yerləşən Dəhişə fələstinli düşərgəsinə hücum edərək, 6 fələstinli gənci odlu silah ilə yaralayıblar.
Sionist rejim hərbçiləri həmçinin, bu gün səhər Nablosun ətrafında yerləşən Təl Qərib kəndinə basqın edərək, 2 fələstinli gənci yaralayıb, daha iki fələstinli gənci isə həbs ediblər.
Əl-Əqsa telekanalı da Qərb Sahilində, Əl-Xəlilin cənubunda fələstinlilərlə sionistlər arasında ciddi toqquşmadan xəbər verib.
İsrail hərbçiləri həmçinin, əl-Xəlildə yerlşən Tariq bin Ziyad məktəbinə tərəf gözyaşardıcı qaz güllələri atıblar.
Sionist rejim hərbçiləri həmçinin, Qüds İntifazəsini yatırtmaq məqsədi ilə Qüds şəhərində 400 yeni izləmə kamerası quraşdırıblar.
Sionist rejim mediaları da bu gün bildiriblər ki, bir İsrail hərbçisi İsrail ordusunun əl-Xəlil şəhərindəki bazasında baş vermiş bir partlayış nəticəsində yaralanıb.