Suriyada 160 rus terrorçu öldürülüb
Noy 19, 2015 18:18 Asia/Baku
-
Suriyada 160 rus terrorçu öldürülüb
Rusiya Xarici İşlər Nazirliyi Suriyada 160 terrorçunun öldürüldüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya əl-Youm telekanalının saytı Rusiya xarici işlər nazirinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Oleq Sromolotova istinadla bildirib: Suriyada İŞİD-lə əməkdaşlıq edən 160 rus ifratçı toqquşmalar və hücumlar zamanı öldürülüb.Sromolotov bu gün cümə axşamı günü mətbuat konfransında əlavə edib: Hazırda İŞİD bayrağı altında 25 mindən çox xarici muzdlu döyüşür.
Rus rəsmisinin sözlərinə görə, 2 min 719 Rusiya vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Onlardan 160 nəfəri öldürülüb və 73 nəfəri də Rusiyaya qayıtdıqdan sonra saxlanılaraq azadlıqdan məhrum edilib. 36 nəfəri isə bir müddət əvvəl həbs olunub.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da deyib: Misirin Sina yarımadasında Rusiyanın sərnişin təyyarəsinin partladılması və Paris, Türkiyə, İraq və Livanda törədilən terror aktları təhlükələrlə mübarizə üçün əməkdaşlıqlar və koordinasiyaların başlanmasını tələb edir.
Ryabkovun sözlərinə görə, hər şeydən öncə hamıya aydın olur ki, gücündən asılı olmayaraq heç bir ölkə dünyaya hökmranlıq edə və qarşısındakı bütün təhlükələrlə mübarizə apara bilməz.