İsrail rejimi fələstinli əsirlərdən dərman preparatlarının sınaqdan keçirilməsi üçün istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i199813-İsrail_rejimi_fələstinli_əsirlərdən_dərman_preparatlarının_sınaqdan_keçirilməsi_üçün_istifadə_edir
Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzi İsrail istehsalı olan dərman preparatlarının fələstinli əsirlər üzərində sınaqdan keçirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2015 07:19 Asia/Baku
  • İsrail rejimi fələstinli əsirlərdən dərman preparatlarının sınaqdan keçirilməsi üçün istifadə edir
    İsrail rejimi fələstinli əsirlərdən dərman preparatlarının sınaqdan keçirilməsi üçün istifadə edir

Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzi İsrail istehsalı olan dərman preparatlarının fələstinli əsirlər üzərində sınaqdan keçirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Səma informasiya agentliyi bu mərkəzin direktoru Rafət Həmdunəyə istinadla bildirir: İsrail istehsalı olan dərman preparatlarının fələstinli əsirlər üzərində sınaqdan keçirilməsi, fələstinli əsirlər arasında şəhidlərin sayının artmasına səbəb olur.
Həmdunə əlavə edib: İsrail fələstinli əsirləri münasib səhiyyə və müalicə xidmətləri ilə təmin etmir və fələstinli əsirlərin müalicə edilməsi üçün həkimlərin zindana buraxılmasına da icazə vermir.
Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzinin direktoru həmçinin deyib: İsrail il ərzində fələstinli əsirlər üzərində 1000 dəfə dərman preparatlarının sınaq əməliyyatı keçirir.