İraq mərcəiyyəti iraqlı qrupların Ərbəində vəzifələrini yerinə yetirmələrini tövsiyə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200124-İraq_mərcəiyyəti_iraqlı_qrupların_Ərbəində_vəzifələrini_yerinə_yetirmələrini_tövsiyə_edib
İraqın ali dini mərcəiyyəti İmam Hüseyn (ə) Ərbəini mərasimində iştirak üçün iraqlı qrupların vəzifələrini yerinə yetirmələrini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2015 13:54 Asia/Baku
  • İraq mərcəiyyəti iraqlı qrupların Ərbəində vəzifələrini yerinə yetirmələrini tövsiyə edib
    İraq mərcəiyyəti iraqlı qrupların Ərbəində vəzifələrini yerinə yetirmələrini tövsiyə edib

İraqın ali dini mərcəiyyəti İmam Hüseyn (ə) Ərbəini mərasimində iştirak üçün iraqlı qrupların vəzifələrini yerinə yetirmələrini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İraqın Süməriyyə Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, İraq şiələrinin ali dini mərcəyi Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Seyid Əhməd əl-Safi Kərbəlada cümə namazı xütbələrindən İraqın siyasi cinahlarından istəyib ki, vəhdəti qorumaqla təkfirçi İŞİD terror qruplaşmasının məhv edilməsi üçün əlavə koordinasiyaya çalışsınlar.
Əl-Safi iraqlı qruplar arasında gərginlik haqda xəbərdarlıq edib və bildirib: İraqlı qruplar arasında gərginliyin yaranmasından yalnız terrorçular faydalanırlar.
İraqın ali dini mərcəiyyəti İraqın müxtəlif qüvvələri, o cümlədən xalq könüllü qüvvələrindən istəyib ki, Ərbəin mərasimində iştirak üçün İŞİD terror qruplaşması ilə döyüşdə öz məsuliyyətlərini kənara qoymasınlar.
İraq şiələrinin mərcəiyyətinin fitvasından sonra İŞİD terror qruplaşması ilə mübarizə üçün təşkil olunan xalq könüllü qüvvələri İŞİD-in işğal etdiyi bölgələrin təmizlənməsi üçün ordu ilə əməkdaşlığa hazır olduqlarını dəfələrlə bildirib və elan ediblər ki, İŞİD-in azad olunan məntəqələri yenidən işğal etməsinin qarşısını almaq üçün tam hazırlığa malikdirlər.