Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200165-sionistlərin_fələstinlilərə_qarşı_hücumları_davam_edir
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı hücumlarını davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2015 13:45 Asia/Baku
  • Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir
    Sionistlərin fələstinlilərə qarşı hücumları davam edir

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı hücumlarını davam etdirirlər.

Fələstinin Məa informasiya agentliyinin verdiyi məlumata görə, Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist rejim hərbçiləri Qərb Sahilində, əl-Xəlil şəhərində yerləşən Həlhul qəsəbəsinə və əl-Ərub düşərgəsinə hücum edərək, 24 fələstinlini yaralayıblar.
İsrail hərbçiləri fələstinliləri dağılışmağa məcbur etmək üçün onlara tərəf gözyaşardıcı qazlar və səs bombaları atıblar. Bu da 50-dən çox fələstinlinin zəhərlənməsinə səbəb olub.
Sionist rejim hərbçiləri həmçinin Nablos şəhərinə hücum edərək, 16 fələstinlini yaralayıblar.
İsrail hərbçiləri həmçinin Qərb Sahilində yerləşən Beyt Ləhm şəhərində Həmas-a məxsus təchizatlar və əmlakı müsadirə edib.
Qəzzə zolağından daxil olan məlumatlara görə, İsrail ordusunun hərbi qayıqları fələstinli balıqçıların qayıqlarına atəş açıblar.
İşğal altında olan fələstinin Qəzzə ilə sərhəd məntəqələri də İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmaların şahididir. Bu toqquşmalarda 26 fələstinlinin yaralandığı bildirilir.
Fələstin torpaqları cari ilin oktyabr ayının əvvəllərindən bəri İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmaların şahididir. Bu toqquşmalar Qüds İntifazəsinin başlanmasına səbəb olub.
İsrail və Fələstin məsələləri üzrə araşdırmalar mərkəzi olan Qüds mərkəzi bildirir ki, Qüds İntifazəsinin başlanmasından bəri 104 fələstinli sionistlər tərəfindən şəhid edilib. Şəhid olanlar arasında 22 uşaq və yeniyetmənin olduğu bildirilir.