Ankara Rusiyanı Türkiyə vətəndaşlarına qarşı pis rəftardan çəkinməyə çağırdı
Noy 29, 2015 10:21 Asia/Baku
-
Ankara Rusiyanı Türkiyə vətəndaşlarına qarşı pis rəftardan çəkinməyə çağırdı
Türkiyənin Rusiyadakı səfirliyi bir bəyanat yayaraq, bu ölkə rəsmilərindən Türkiyə vətəndaşlarına qarşı pis davranışlara son qoyulmasını istəyib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyadakı Türkiyə diplomatlarının dediklərinə əsasən, bir qrup Türkiyə vətəndaşı Rusiyada rəsmi dairələr tərəfindən xoşagəlməz rəftarlara məruz qalıblar.Şahid ifadələrinə əsasən Rusiya polisi şənbə günü Saratov Universitetinin yataqxanasına hücum edərək, Türkiyəli tələbələrin sənədlərini yoxlayıb, onların bir neçəsini həbs edib.
Türkiyənin diplomatik qaynaqları həmçinin, 26 türkiyəli iş adamının Krasnodar polisi tərəfindən həbs edilməsindən xəbər veriblər.
Teqlər