Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının detalları açıqlandı
Noy 29, 2015 14:22 Asia/Baku
-
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının detalları açıqlandı
İraqın müdafiə naziri Mosulun azad edilməsi əməliyyatı barədə açıqlama verib.
Skay Nyus Ərəb telekanalının məlumatına görə, Xalid Əbidi bildirib ki, Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı Səncar, İraq Kürdüstanı və Neynəva vilayətinin cənubundan, 3 istiqamətdə həyata keçiriləcək.Əbidi əlavə edib: İraq dövləti Səncar şəhərində sabitliyin bərqərar edilməsi və yezidi kürdlərin silahlandırılması üzrə İraqın Kürdüstan məntəqəsinin və Neynəva vilayətinin yerli rəsmiləri ilə əməkdaşlıq edəcək.