Davudoğlu: Heç vaxt Rusiyadan üzr istəməyəcəyik
Noy 30, 2015 13:21 Asia/Baku
-
Davudoğlu: Heç vaxt Rusiyadan üzr istəməyəcəyik
Türkiyənin baş naziri NATO-nun baş katibi ilə birgə mətbuat konfransında deyib: Heç vaxt Rusiyadan üzr istəməyəcəyik.
Əlcəzirə Mubaşir telekanalının məlumatına görə, Əhməd Davudoğlu əlavə edib: Biz Rusiyanın sanksiyasını rədd edirik.O, vurğulayıb: Biz Rusiyanın hərbi təyyarəsinin vurulmasına görə, üzr istəməyəcəyik və heç kəs bizdən üzrxahlıq etməyi istəyə bilməz.
Davudoğlu ümidvarlıq edib ki, Rusiya rus bombardmançısının vurulmasına reaksiyada Türkiyəyə tətbiq etdiyi sanksiyaları yenidən nəzərdən keçirəcək.
NATO-nun baş katibi Jens Stoltenberg də Brüsseldə keçirilən bu mətbuat konfransında deyib ki, Türkiyənin özünü və öz hava məkanını müdafiə etmək haqqı var.
Teqlər