İsrail rejimi fələstinliləri qətlə yetirmək üçün yeni güllələrdən istifadə edir
Dek 01, 2015 16:22 Asia/Baku
-
İsrail rejimi fələstinliləri qətlə yetirmək üçün yeni güllələrdən istifadə edir
Fələstin həkimləri və silah-sursat üzrə mütəxəssislər fələstinli şəhidlərin meyitlərində yeni növ güllələri kəşf ediblər.
Səhər Beynəlxalq Televiziyasının MƏA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, fələstinli həkimlər bildiriblər: Sionist rejim son vaxtlar fələstinlilərə qarşı başı yumru silindirşəkilli tanınmamış yeni güllələrdən istifadə edir.Bu növ güllələr bədənin daxili üzvləri, bağırsaqlar və damarlarda ağır yaralara səbəb olur.
Fələstinli həkimlər iki fələstinli şəhidin meyitində bu güllələri tapıb və onu hərbi silahlar üzrə mütəxəssislərə təhvil veriblər ki, bu güllələrin mahiyyəti və onun beynəlxalq qadağası barəsində araşdırma aparılsın.
3-cü ayına keçən Qüds İntifazəsində indiyə qədər 107 nəfər şəhid olub və minlərlə fələstinli yaralanıb.
Teqlər